Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qayıdış davam edir – onlar doğma yurdlarını yenidən dirçəldirlər

30.06.2025 [16:27]

Xəbərin mətni

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, məcburi köçkünlər mərhələli şəkildə doğma yurda qayıdırlar. Laçın rayonunun Bəylik kəndi də onlardan biridir. Kənddə iqtisadi, sosial və məişət təyinatlı müxtəlif müəssisələr tikilib, kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub, sakinlərin rahat yaşayışı üçün işlər görülüb.