Azərbaycan Dövlət İnformasiya Agentliyi

Seyfəddin Hüseynli: Qardaşlarımın cənazələri yenidən yoxlanılacaq, müvafiq obyektiv rəy hazırlanacaq

30.06.2025 [20:50]

Xəbərin mətni

Yekaterinburqdakı hadisələr təkcə ailəmiz deyil, bütün Azərbaycan üçün ağır oldu. Birazdan Rusiyanın güc strukturlarının amansız işgəncələri nəticəsində həyatını itirmiş qardaşlarımın cənazələri ölkəyə gətirilir. AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Rusiyada qardaşları qətlə yetirilən jurnalist Seyfəddin Hüseynli söyləyib.