Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fərid Qayıbov: Qarabağda ilk dəfə Gənclər Forumu təşkil olunur

01.07.2025 [14:18]

Xəbərin mətni

Qarabağda ilk dəfə Gənclər Forumu təşkil olunur. Biz belə tədbirlərlə göstəririk ki, Azərbaycanda güclü gənclər siyasəti mövcuddur. AZƏRTAC xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Ağdamda İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Həftəsi çərçivəsində İƏT-in Gənclər Forumunda çıxışı zamanı deyib.