Baş katib: İstərdik ki, İƏT regionundan olan gənclər Qarabağ Universitetində təhsil alsınlar
01.07.2025 [15:16]
Xəbərin mətni
Bu gün biz daha çox inteqrasiya edilmiş regiona çevrilmək fikrindəyik. Həmin işlərə gənclərin qatılması bizə daha çox yaradıcı qüvvə gətirəcək, innovasiyaya yol açacaq. AZƏRTAC xəbər verir ki, bunu İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Əsəd Məcid Xan Ağdamda İƏT Həftəsi çərçivəsində keçirilən İƏT-in Gənclər Forumunda çıxışı zamanı deyib.