Azərbaycan Dövlət İnformasiya Agentliyi

Leysan olacaq, dolu düşəcək, bəzi çaylardan sel keçəcək

01.07.2025 [17:40]

Xəbərin mətni

Azərbaycanın rayonlarında iyulun 2-si günün ikinci yarısından həftə sonunadək fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yağışın qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimal edilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.