Ağdamda "Yüksəksəviyyəli perspektivlər: Regional inkişafda gənclərin rolu" mövzusunda plenar panel keçirilib
01.07.2025 [18:21]
Xəbərin mətni
Ağdamda İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Gənclər Forumu çərçivəsində iyulun 1-də "Yüksəksəviyyəli perspektivlər: Regional inkişafda gənclərin rolu" mövzusunda plenar panel keçirilib. AZƏRTAC-ın Ağdama ezam olunmuş müxbiri xəbər verir ki, Gənclər və İdman Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Zərifə Zülfüqarovanın moderatorluğu ilə keçən plenar paneldə çıxış edən Qırğızıstanın mədəniyyət, informasiya və gənclər siyasəti nazirinin birinci müavini Soiuzbek Nadyrbekov təmsil etdiyi ölkənin gənclər siyasətindən bəhs edib. O, hər il ölkəsində keçirilən gənclər forumunun 2 minə yaxın gənci bir araya gətirdiyini diqqətə çatdırıb.