Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tovuzda ikimərtəbəli ev yanıb

01.07.2025 [20:01]

Xəbərin mətni

Tovuzda yanğın hadisəsi baş verib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Tovuz şəhərinin Əhməd Cavad küçəsində qeydə alınıb. Həmin küçədə yaşayan Dilbariz Abbasova məxsus ümumi sahəsi 250 kvadratmetr olan ikimərtəbəli evdə anidən yanğın olub.