Azərbaycan Dövlət İnformasiya Agentliyi

İlqar Səfərov: Rusiyada baş verən hadisəyə reaksiya verilməsi vəzifə borclarımızdan biridir

02.07.2025 [12:17]

Xəbərin mətni

Biz hansısa dövlətin daxili işlərinə qarışmaq niyyətində deyilik. Lakin proses zamanı bir və ya neçə Azərbaycan vətəndaşına qarşı xüsusi amansızlıq nümayiş etdirilirsə, onların hüquqları kütləvi şəkildə pozulursa, xüsusi amansızlıqla öldürülürsə, Azərbaycan dövlətinin və hüquq-mühafizə orqanlarının bu hadisəyə reaksiya verməsi vəzifə borclarımızdan biridir. AZƏRTAC xəbər verir ki, bunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov Azərbaycan vətəndaşlarının və azərbaycanəsilli şəxslərin Rusiya Federasiyasında işgəncəyə məruz qalmaları və xüsusi amansızlıqla qəsdən öldürülmələri ilə bağlı Baş Prokurorluqda keçirilən brifinqdə deyib.