Azərbaycan Dövlət İnformasiya Agentliyi

Odessada Azərbaycan izləri – AZƏRTAC-ın xüsusi reportajı

02.07.2025 [14:48]

Xəbərin mətni

Müharibə şəraitinə baxmayaraq, Ukraynanın bir çox şəhərlərində Azərbaycan mədəniyyətinin, tarixinin tanıdılması istiqamətində bir sıra vacib layihələr həyata keçirilir. Belə şəhərlərdən biri də Ukraynanın incisi sayılan, turistlərin sevimli məkanı olan, Qara dəniz sahilində yerləşən Odessa şəhəridir. Odessada yaşayan soydaşlarımız, diaspor fəalları bu işdə aktivlik nümayiş etdirirlər.