Qohum evliliyi ilə bağlı qadağa qüvvəyə mindi
02.07.2025 [18:53]
Xəbərin mətni
Qohum-qardaş bir-birini tanıyır deyə illərlə bu yaxınlıq ailə qurmağa əsas kimi qəbul olunub. Bəziləri üçün etibarın, bəziləri üçün isə ənənənin göstəricisi sayılıb. Amma bu yaxınlıq hər zaman xoşbəxtlik gətirməyib. Nəticə isə bəzən xəstə uşaqlar, yarımçıq talelər və ömürlük peşmanlıq olub. İyulun 1-dən Azərbaycanda qohum evliliyinə dair qadağa qüvvəyə minib. Yəni, əmi, dayı, xala və bibi uşaqları arasında nikah artıq rəsmi şəkildə mümkün deyil. Bu qərar gələcək nəsillərin sağlamlığını qorumaq istiqamətində atılmış mühüm addım hesab olunur.