Binəqədidə saxlanılan şəxsdən 17 kiloqram marixuana aşkarlanıb
04.07.2025 [11:35]
Xəbərin mətni
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə və satışına qarşı mübarizə davam etdirilir. DİN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Binəqədi rayonunda keçirilən növbəti əməliyyat zamanı 1994-cü il təvəllüdlü Nəsrəddin Musayev tutulub. Ondan 17 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş qurudulmuş marixuana aşkarlanıb.