Xankəndi - Bərpa olunan şəhərdən beynəlxalq əməkdaşlıq mərkəzinə
04.07.2025 [12:44]
Xəbərin mətni
Azərbaycanın strateji şəhərlərindən biri olan Xankəndi bu gün genişmiqyaslı bərpa və quruculuq proseslərinin mərkəzində yer alır. Xankəndidə sosial-iqtisadi infrastrukturun müasir tələblərə uyğun yenidən qurulması əhalinin mərhələli şəkildə geri dönüşünü təmin edən əsas amillərdən biridir. Bu sistemli fəaliyyət Xankəndinin gələcək inkişafı üçün möhkəm təməl yaradır.