Allahşükür Paşazadə: Aşura günündə qanvermə ideyası Ulu Öndər Heydər Əliyevə məxsusdur
05.07.2025 [14:00]
Xəbərin mətni
Aşura mərasimləri zamanı qanvermə aksiyalarının keçirilməsi ideyası Ulu Öndər Heydər Əliyevə məxsusdur. Əvvəllər bəzi radikal qruplar bu günü sui-istifadə mövzusuna çevirmişdi. Ulu Öndərin təşəbbüsü ilə bu məsələ müdrikcəsinə həll olundu – kim bu yolda qan vermək istəyirsə, qoy, bu qanla bir həyat xilas etsin. Bu təşəbbüs bu gün Azərbaycanda sabit və humanist ənənəyə çevrilib. AZƏRTAC xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Aşura günü ilə əlaqədar keçirilən qanvermə aksiyasında çıxışı zamanı səsləndirib.