Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağdama həyat qayıdır – Xıdırlı kəndinə birinci mərhələdə 719 ailə köçürüləcək

06.07.2025 [15:17]

Xəbərin mətni

Otuz ilə yaxın dövrdə erməni vandalizminə məruz qalaraq xarabalığa çevrilmiş Qarabağ özünün yeni dövrünə qədəm qoyub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun düşmən üzərində qazandığı şanlı Qələbə nəticəsində azadlığına qovuşmuş digər ərazilər kimi, Ağdam rayonuna da həyat yenidən qayıdır. Rayon mərkəzində və kəndlərdə genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirilir, infrastruktur layihələri icra olunur.