Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gənclərin festivalı “YayFest 2025”ə start verildi - 2000-dən çox gənc bir arada

07.07.2025 [20:25]

Xəbərin mətni

Gənclər festivalı “YayFest” bu il də Şamaxıda öz qapılarını gənclərə açıb. 2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil edilən festival Gənclər Fondunun dəstəyi, IDEA İctimai Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, “CAVAN” Gənclər Hərəkatı İctimai Birliyi və “Gənc Könüllülər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilir.