Rejissor: “Söz” filminin kadrları birdəfəyə çəkilib
09.07.2025 [21:37]
Xəbərin mətni
“Söz” (“The word”) filmini prinsipcə xarici auditoriyaya təqdim etmək məqsədilə çəkmişik. Qarabağla bağlı yaddaşlarda qalan ağrıları, yaşantıları, xatirələri əcnəbi tamaşaçıya çatdırmaq çox vacib idi. Düşünürəm ki, buna nail olduq. Belə ki, film Roma və Los-Ancelesdə iki kinofestivalın qalibi oldu. Bunu AZƏRTAC-a açıqlaması zamanı Baku TV-nin istehsal etdiyi “Söz” ("The word") qısametrajlı sənədli filminin rejissoru Leyli Məhərrəm deyib.