Təbiətin səssiz arxivçisi – Həbib Rəhmanovun herbarilər dünyası
10.07.2025 [14:25]
Xəbərin mətni
Onun üçün hər yarpaq bir tarix, hər bitki bir həyat hekayəsidir. Həbib Rəhmanov bu hekayələri illərdir ki, səssizcə yazır – qurudulmuş yarpaqlarla, diqqətlə sıralanmış kövrək budaqlarla və elmi dəqiqliklə etiketlənmiş minlərlə bitki nümunəsi ilə. Hirkan Milli Parkının baş elmi işçisi olan Həbib müəllim, həm də Azərbaycanın təbiətinə könüldən bağlı olan bitki toplayıcısı, herbarilər (quru bitki kolleksiyası) sənətkarıdır.