Azərbaycan Dövlət İnformasiya Agentliyi

Lerikdə Hamarmeşə–Bibiyani avtomobil yolu yenidən qurulur

10.07.2025 [15:16]

Xəbərin mətni

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Lerik rayonunun Hamarmeşə–Bibiyani avtomobil yolunun yenidən qurulmasına başlanılıb. Layihə mindən artıq sakinin yaşadığı iki yaşayış məntəqəsini əhatə edir.