Azərbaycan Əbu-Dabidən dünyaya sülh mesajı verdi
11.07.2025 [16:25]
Xəbərin mətni
Əbu-Dabi görüşü sülhün əldə olunmasının Cənubi Qafqaz üçün prioritet olduğunu və Bakının bu prosesi irəliyə aparmaqda nə qədər qətiyyətli olduğunu göstərdi. Ekspertlərin fikrincə, Əbu-Dabi görüşü yaxın perspektivdə Azərbaycan və Ermənistan arasında sülhün əldə olunacağına nikbin baxmaq üçün əsaslar verir. Hazırda dünyada baş verən silahlı münaqişələr, dəhşətli müharibələr fonunda Azərbaycan Birləşmiş Ərəb Əmirliklərindən dünyaya sülh mesajı verdi. Göstərdi ki, indi barış zamanıdır.