Azərbaycan Dövlət İnformasiya Agentliyi

"İnnovasiya fəaliyyəti haqqında” qanun layihəsi hökumətə təqdim olunub

11.07.2025 [16:30]

Xəbərin mətni

İnnovasiyaların sürətlə yaradılması və mənimsənilməsi üçün zəruri ekosistemin formalaşdırılması, o cümlədən yeni nəsil texnoloji həllərin tətbiqi nəticəsində milli iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması məqsədlərini daşıyan “İnnovasiya fəaliyyəti haqqında” qanun layihəsi hazırlanıb və hazırda hökumət tərəfindən baxılır. AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Sənaye 4.0 forumu - Gələcəyin sənayesi: Texnologiya və insan gücü" mövzusunda keçirilən tədbirdə deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI