DİM sədri: İlin sonuna qədər 22 məlumat toplusu ictimaiyyətə təqdim olunacaq
16.07.2025 [12:09]
Xəbərin mətni
Dövlət İmtahan Mərkəzi (DİM) və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Açıq Data” (Open Data) layihəsi çərçivəsində ilin sonuna qədər 22 məlumat toplusunu ictimaiyyətə təqdim etməyi planlaşdırırıq. AZƏRTAC xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə jurnalistlərə müsahibəsində deyib.