Prezident İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Şuşada Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıblar
17.07.2025 [21:07]
Xəbərin mətni
İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə ermənilər tərəfindən güllələnmiş heykəllərinə baxıblar.