Sergey Sokolov: “Tik-Tok” ənənəvi sosial media platformalarından tamamilə fərqlənir
21.07.2025 [16:15]
Xəbərin mətni
“Tik-Tok” ənənəvi sosial media platformalarından tamamilə fərqlənir. Ənənəvi mediada və sosial platformalarda məzmun daha çox redaksiya xətti ilə yönləndirilir, yəni, istifadəçiyə nəyi görməli olduğu göstərilir. “Tik-Tok” isə əksinə, istifadəçilərin görmək istədikləri məzmun əsasında formalaşır. AZƏRTAC xəbər verir ki, bu sözləri Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən “Sosial medianın təkamülü ictimai etimada necə təsir edir: Media savadlılığının əhatəsində” adlı paneldə “Tik-Tok”un Rusiya, Şərqi Avropa, Mərkəzi Asiya və Monqolustan regionları üzrə ictimai siyasət və dövlət məsələləri şöbəsinin direktoru Sergey Sokolov deyib.