AZƏRTAC-ın kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
22.07.2025 [16:46]
Xəbərin mətni
Milli mətbuatımızın yaranmasının 150-ci ildönümü münasibətilə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşları iyulun 22-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.