Nazir: Azərbaycan beynəlxalq aləmdə səmərəli siyasət həyata keçirir
24.07.2025 [13:36]
Xəbərin mətni
Ölkəmiz Qoşulmama Hərəkatına sədrliyi dövründə Parlament Şəbəkəsinin, Gənclər Təşkilatının yaradılması kimi əhəmiyyətli işlər görüb. Azərbaycan beynəlxalq aləmdə səmərəli siyasət həyata keçirir. AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 24-də Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Ali ilə keçirdiyi birgə mətbuat konfransı zamanı söyləyib.