Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağdam sakini: Sevincimin həddi-hüdudu yoxdur

25.07.2025 [10:45]

Xəbərin mətni

Sevinirəm, sevincimin həddi-hüdudu yoxdur. Ən xoşbəxt günümdür deyərdim. Atam artıq 88 yaşındadır. Onu da yurd yerinə aparmaq mənim üçün ikiqat sevinclidir. Bu səadəti bizə yaşadan hər kəsə dərin təşəkkürümü bildirirəm. AZƏRTAC xəbər verir ki, bu sözləri bu gün Ağdam rayonunun Xıdırlı kəndinə köçən Akif Məmmədov deyib.