Azərbaycan Dövlət İnformasiya Agentliyi

MİQ imtahanında Naxçıvan birincisi: Müəllim peşəsini çox sevirəm

25.07.2025 [18:37]

Xəbərin mətni

Naxçıvan Dövlət Universitetinin həm bakalavr, həm də magistr tələbəsi olmuşam. Eyni zamanda, hazırda Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “NSU İnternational School”da rəsm müəllimi işləyirəm. Bu il müəllimlərin işə qəbulu (MİQ) imtahanının test mərhələsində iştirak etdim və uğur qazandım. Naxçıvan Muxtar Respublikası üzrə ən yüksək nəticə - 94 bal topladım. Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində müəllimlərin işə qəbul imtahanının test mərhələsində muxtar respublika üzrə birinci olan Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Kembric Məktəbinin rəsm müəllimi Türkan Əhmədli deyib.