Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kəngərlidə yeni həyat: Ağayevlər ailəsinin Böyük Qayıdışı

25.07.2025 [20:07]

Xəbərin mətni

44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərdən sonra xalqımız Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasının, inkişafının və əzəli yurd yerlərimizə Böyük Qayıdışın sevincini yaşayır. Erməni işğalçılarının 30 il ərzində dağıdaraq yerlə-yeksan etdiyi şəhər və kəndlər yenidən qurularaq illərdir yurd həsrəti ilə yaşayan sakinlərini bağrına basır. Bu dövrdə AZƏRTAC olaraq işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quruculuq işləri və sakinlərin doğma torpaqlarına qayıdışı ilə bağlı mütəmadi reportajlar hazırlamışıq. Budəfəki səfərimizdə Ağdam rayonunun Kəngərli kəndində Ağayevlər ailəsinin qonağı olduq.