Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nizamnamə kapitalı 85 milyon manat artdı

28.07.2025 [17:41]

Xəbərin mətni

İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 85 milyon manat artırılaraq 1 milyard 153 milyon manata çatdırılıb. Bu da o deməkdir ki, güzəştli şərtlərlə verilən ipoteka kreditlərinin həcmi artacaq. Ekspertlərin fikrincə, bu artımın ölkəmizdə ipoteka bazarına mühüm təsirləri olacaq.