Ağdam sakini: Quruculuq işlərinə töhfə vermək istəyirik
29.07.2025 [10:46]
Xəbərin mətni
Torpağımı, evimi orada qoyub gəlmişdim. İllərlə o həsrətlə yaşamışıq. O vaxt kəndi yoldaşımla və uşaqlarımla tərk etdik. Amma bu gün yoldaşım yoxdur – o, dünyasını dəyişib. Mən uşaqlarımla birlikdə qayıdıram. Şükür bu günə. AZƏRTAC xəbər verir ki, bu sözləri Ağdam rayonunun Xıdırlı kəndinə köç edən Zərifə Allahverdiyeva deyib.