Keçmiş məcburi köçkün: Şəhid atamın məzarını ziyarət edəcəyəm
29.07.2025 [10:48]
Xəbərin mətni
Mən orada uşaqlıq keçirməmişəm. Heç vaxt orada yaşaya bilməmişəm. Amma istəyirəm ki, uşaqlarım öz doğma kəndimizdə – Qarabağda, Xıdırlıda yaşasınlar. Mənim yaşamadığım həyatı onlar yaşasın. Bu, mənim ən böyük arzumdur. AZƏRTAC xəbər verir ki, bu fikirləri bu gün Ağdam rayonunun Xıdırlı kəndinə köç edən keçmiş məcburi köçkün Elçin Həsənov bildirib.