Ağdam sakini: Uşaq ikən çıxdığım kəndimizə indi ailəmlə, övladlarımla qayıtmışam
29.07.2025 [17:23]
Xəbərin mətni
Ağdam rayonuna keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. İyulun 29-da daha 60 ailə rayonun Xıdırlı kəndinə qovuşmağın sevincini yaşayıb. AZƏRTAC-ın bölgə müxbiri növbəti köç çərçivəsində Xıdırlı kəndində qayıdan Mustafayevlər ailəsinin qonağı olub, onlarla söhbət edib.