Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazir müavini: Sürətli rəqəmsallaşma mühitində kibertəhdidlər çoxalır

30.07.2025 [11:35]

Xəbərin mətni

Kibertəhlükəsizliyin həm qlobal miqyasda, həm də ölkəmiz üçün aktuallığı durmadan artır. Sürətli rəqəmsallaşma mühitində kibertəhdidlər mütənasib olaraq çoxalır, yeni, daha mürəkkəb kibercinayət növləri yayılır. AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov bu gün Bakıda keçirilən “Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi”nin növbəti məzun günündə çıxışı zamanı deyib.