Rusiyanın rəsmi orqanları tərəfindən Azərbaycan toponimlərinin təhrif olunması qəbuledilməzdir
01.08.2025 [16:57]
Ötən gün Rusiya Federasiyasının TASS informasiya agentliyi “Stepanakertdə Ayvazovskinin abidəsi söküldü” sərlövhəli xəbər yayıb. Agentliyin rəhbərliyinin tarixin zibilxanasına atılmış “Stepanakert” toponimini birdən-birə ortaya çıxarması ölkəmizin ərazi bütövlüyünə hörmətsizlik və təhqiramiz addımdır. Xarici İşlər Nazirliyi və AZƏRTAC İnformasiya Agentliyi dərhal TASS-ın bu qeyri-dost davranışına reaksiya verib. Hər iki bəyanatda da Rusiya tərəfinə müraciətlə vurğulanıb ki, bu ölkənin rəsmi orqanları tərəfindən Azərbaycan toponimlərinin təhrif olunması və ərazilərimizin keçmiş separatçı qondarma rejim tərəfindən istifadə olunan adlarla qeyd olunması hallarına son qoyulmasını gözləyirik.