Ombudsman: Beynəlxalq təşkilatlar itkin düşmüş 4 minə yaxın soydaşımızla bağlı səylərini artırmalıdır
29.08.2025 [12:45]
Xəbərin mətni
30 Avqust - Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları (itkin düşmüş şəxslər) Günü dünyada minlərlə itkin düşmüş, müharibə və hərbi əməliyyatlar zamanı həlak olmuş naməlum şəxslərin, tutularaq gizli yerlərdə saxlanılan və ya gizli şəkildə öldürülmüş şəxslərin xatirəsini yad etmək məqsədilə BMT-nin Baş Assambleyası tərəfindən təsis edilib. Dünyanın müxtəlif bölgələrində baş verən müharibələr itkin düşmüş şəxslərin sayını günbəgün artırmaqdadır. Bu sözlər Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili Səbinə Əliyevanın (ombudsman) 30 Avqust - Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları Günü ilə əlaqədar müraciətində əksini tapıb.