Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Zəfər” şahmat turniri qaliblərinin Laçın və Zəngilan rayonlarına infoturu təşkil olunub

01.09.2025 [12:30]

Xəbərin mətni

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması tədbirləri çərçivəsində məcburi köçkün məktəblilərdən bir qrupunun Laçın və Zəngilan rayonlarına infoturunu təşkil edib.