Çinin Mərkəzi Televiziyası Tiencində dövlət və hökumət başçılarının xanımlarının gəmi gəzintisi ilə bağlı reportaj yayımlayıb
02.09.2025 [12:02]
Xəbərin mətni
Çin Mərkəzi Televiziyası – CCTV sentyabrın 1-də Tiencin şəhərində “Şanxay Əməkdaşlıq Təşkilatı plyus” formatında keçirilən görüşdə iştirak edən dövlət və hökumət başçılarının xanımlarının Hayha çayında gəmi gəzintisi ilə bağlı reportaj yayımlayıb. Reportajda Çin Xalq Respublikasının birinci xanımı Pen Liyuanın Sammitin iştirakçısı olan xarici ölkə liderlərinin xanımlarını Tiencin şəhərində çayda gəzintiyə dəvət etdiyi diqqətə çatdırılıb.