Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hacıqabulda bank kartlarından oğurluq edən kiberdələduz saxlanılıb

02.09.2025 [15:34]

Xəbərin mətni

Hacıqabulda polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində sosial şəbəkələrdə kiberdələduzluq edən əvvəllər məhkum olunmuş Aslan Qurbanov saxlanılıb. O, müxtəlif xəstəliklərdən əziyyət çəkən şəxslərə yardım adı altında sosial şəbəkələrdə paylaşılan bank kartlarındakı maddi vəsaitləri talamaqda şübhəli bilinir.