Ad, soyad və ata adını dəyişdirmək istəyənlər bunları bilməlidir
04.09.2025 [16:36]
Xəbərin mətni
Dua, Həkim, Limanə, Almagül... sadalananlar 2025-ci ildə uşaqlara qoyulan qəribə adlardır. Doğulan zaman körpələrə verilən bu adlar gələcəkdə onları gülüş hədəfinə çevirə, hətta onlar üçün psixoloji travma belə yarada bilər. Bəzi hallarda, bu şəxslər adlarını dəyişmək istəsə də, bu, bir o qədər də asan deyil. Ali Məhkəmə tərəfindən ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı mübahisəyə dair vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edilib. Qərara əsasən ictimai maraqların qorunması məqsədi ilə ad və soyadların dəyişdirilməsinə məhdudiyyət qoyula bilər.