Azərbaycan Dövlət İnformasiya Agentliyi

ICPC Fondunun prezidenti Azərbaycanın “ICPC Dünya Finalı 2025”ə ev sahibliyi etməsinin səbəbini açıqlayıb

04.09.2025 [17:04]

Xəbərin mətni

Bakıda keçirilən builki finala 70 ölkəni təmsil edən 63 min tələbə arasından seçilən 139 komanda qatılıb. ADA Universiteti də həmin universitetlər sırasındadır və Azərbaycanın digər ali məktəbləri ilə birlikdə bu uğura imza atıb. AZƏRTAC xəbər verir ki, bunu Beynəlxalq Kolleclərarası Proqramlaşdırma Müsabiqəsi (ICPC) Fondunun prezidenti Vilyam B. Pouçer “ICPC Dünya Finalı 2025”ə həsr olunmuş mətbuat konfransında çıxışı zamanı deyib.