Azərbaycan Dövlət İnformasiya Agentliyi

Allahverən İsmayılov: Son beş ildə dünyada kiberhücumların sayı üç dəfədən çox artıb

05.09.2025 [13:08]

Xəbərin mətni

İnformasiya təhlükəsizliyi artıq yalnız texniki məsələ deyil – bu, milli təhlükəsizlik, iqtisadi sabitlik və cəmiyyətin etimad məsələsidir. Rəqəmsallaşma dərinləşdikcə risklər də artır. Statistik göstəricilər göstərir ki, son beş ildə dünyada kiberhücumların sayı üç dəfədən çox artıb. Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini general-mayor Allahverən İsmayılov sentyabrın 5-də Bakıda keçirilən “Dövlət Qurumları İnformasiya Təhlükəsizliyi Rəhbərlərinin 6-cı Zirvə toplantısı”nda çıxışı zamanı deyib.