XİN Rusiya XİN-in təyyarə qəzası ilə bağlı sığorta ödənişləri və Azərbaycan-Rusiya münasibətlərinə dair açıqlamasını şərh edib
05.09.2025 [16:50]
Xəbərin mətni
“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus təyyarənin vurulması nəticəsində qəzaya uğraması ilə bağlı sığorta ödənişlərinin həyata keçirilməsi məsələsi barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyi tərəfindən 4 sentyabr tarixli açıqlama təəccüb doğurmaqla yanaşı ictimaiyyəti çaşdırır. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin şərhində bildirilib.