Keçmiş məcburi köçkün: Həmişə ümid edirdik ki, Vətənimizə qayıdacağıq
08.09.2025 [16:48]
Xəbərin mətni
Həmişə ümid edirdik ki, Vətənimizə qayıdacağıq. Bu günü səbirsizliklə gözləyirdik. Allaha şükürlər olsun, bu gün Vətənimizə gəlmişik. Bu sözləri bu gün Ağdərə rayonunun Vəngli kəndinə köç edən keçmiş məcburi köçkün Tünzalə Şirinova müsahibəsində deyib.