Azərbaycan Dövlət İnformasiya Agentliyi

Siamen sərgisində “Invest in Azerbaijan” stendi fəaliyyət göstərir

08.09.2025 [17:15]

Xəbərin mətni

Çinin Siamen şəhərində 25-ci Çin Beynəlxalq İnvestisiya və Ticarət Sərgisi (“CIFIT 2025”) keçirilir. İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanın Çindəki ticarət nümayəndəsi Aparatı və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə “Invest in Azerbaijan” vahid ölkə stendi ilə təmsil olunan ölkəmiz sözügedən sərgidə ikinci dəfə iştirak edir.