Lu Mey: Çin-Azərbaycan münasibətləri məhz iki dövlət başçısının strateji rəhbərliyi ilə tarixinin ən yüksək zirvəsinə çatıb
08.09.2025 [17:31]
Xəbərin mətni
Azərbaycan Prezidenti İlham Əliyev Çinə 8 dəfə səfər edib, Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə müxtəlif formatlarda 10-dan çox görüş keçirib. İki ölkənin liderləri arasında yaxşı işgüzar əlaqələr qurulub, dərin şəxsi dostluq möhkəmlənib. ÇXR Sədri Si Cinpin Prezident İlham Əliyevi “köhnə dostum” adlandırıb. Məhz iki dövlət başçısının strateji rəhbərliyi altında Çin-Azərbaycan əlaqələri daim inkişaf edir və artıq tarixinin ən yüksək səviyyəsinə çatıb. Bu sözləri Prezident İlham Əliyevin Çinə bu yaxınlarda etdiyi səfərin yekunlarına həsr olunmuş brifinqdə Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfiri Lu Mey deyib.