Çen Dongxiao: Dünya tədricən Qərb mərkəzli modeldən çoxqütblü nizama doğru irəliləyir
09.09.2025 [11:01]
Xəbərin mətni
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Beyin Mərkəzləri Forumunun önəmi özünü, ilk növbədə, dialoq imkanlarında göstərir. Bərabər və səmimi ünsiyyət qlobal qeyri-sabitlik dövründə xüsusilə vacibdir. Dünyada multilateralizmə qarşı artan skeptisizm müşahidə olunur və yeni konsensusun qurulmasına ehtiyac var. AQEM bu istiqamətdə mühüm platformadır. Bu sözləri Şanxay Beynəlxalq Araşdırmalar İnstitutunun prezidenti Çen Dongxiao Bakıda Beyin Mərkəzləri Forumunun 13-cü iclasının açılışında söyləyib.