Yan Jiemian: Mən Bakıda sülh və əmin-amanlıq, sosial inkişaf gördüm
09.09.2025 [13:23]
Xəbərin mətni
Son illər ərzində Asiya ölkələri Çinin qlobal inkişafını çox müsbət qarşılayır. Biz və ümumilikdə Asiya son 80 il ərzində keçmişin müharibələrində ilişib qalmadıq. Baxmayaraq ki, regional müharibələr davam edirdi, bizim ölkəmiz yalnız irəliləyirdi. Bu sözləri Beyin Mərkəzləri Forumunun 13-cü iclasının “İnkişaf vasitəsilə təhlükəsizliyin təşviqi - Asiyada təhlükəsizlik idarəçiliyinə yeni yanaşmaların araşdırılması” mövzulu sessiyada Şanxay Beynəlxalq Araşdırmalar İnstitutunun fəxri prezidenti və Elmi-Məsləhət Şurasının sədri Yan Jiemian söyləyib.