Azərbaycan Dövlət İnformasiya Agentliyi

Torpaq sürüşməsi Dəmirçi–Lahıc yolunu yararsız hala salıb

09.09.2025 [15:16]

Xəbərin mətni

Son günlər Dəmirçi–Lahıc avtomobil yolundan istifadə edən sürücülər ciddi çətinliklərlə üzləşirlər. Yolun bir neçə hissəsində baş verən torpaq sürüşmələri və digər səbəblər nəticəsində çatlar, qabarmalar və yarğanlar əmələ gəlib. Bəzi yerlərdə asfalt qatı və yol yatağı tamamilə sıradan çıxıb.