Əli Əhmədov: Vaşinqton razılaşması Azərbaycanın diplomatik qələbəsidir
09.09.2025 [17:19]
Xəbərin mətni
Azərbaycanın xarici siyasəti və Prezident İlham Əliyevin liderliyi yalnız ölkənin daxilində yeni reallıqlar yaratmaqla kifayətlənmir, eyni zamanda, regionun tarixini yenidən formalaşdırmaq kimi mühüm bir missiyanı öz üzərinə götürür. Vaşinqtonda aparılan danışıqlar və əldə olunan razılaşma təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçün strateji əhəmiyyətə malikdir və yeni mərhələnin başlanğıcını qoyur. Bu fikirləri Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov parlamentin növbədənkənar sessiyası çərçivəsində “Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi” mövzusunda keçirilən bugünkü xüsusi iclasda çıxışı zamanı səsləndirib.