Çinin logistika şirkətinin rəhbəri: Orta Dəhliz üzrə yükdaşımaların optimallaşdırılması əsas hədəflərdəndir
10.09.2025 [14:54]
Xəbərin mətni
Orta Dəhliz boyunca yükdaşıma prosesinin inkişafı və xidmətlərin optimallaşdırılması region ölkələrinin qarşısında duran əsas hədəflərdəndir. Bu barədə Çinin “Pekin Trans-Avrasiya Beynəlxalq Logistika” şirkətinin İdarə Heyətinin sədri Vansyu Donq (Wangxu Dong) Bakıda keçirilən “Qara dəniz–Xəzər Logistika Forumu 2025: dəhlizlər, yüklər, infrastruktur” çərçivəsində çıxışı zamanı bildirib.